Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq...

  • By admin
  • 19 Avqust 2017 20:33

dis_agrisindan_kurtulun_8922637_afb2a37944a94079772a3f55661afb02
Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var:
– Dişin strukturunun dəyişməsi
– Dişin çəkilməsi
– Karies
– Damağın zədələnməsi
– Yuxu zamanı dişqıcama sindromu
– Yanlış müalicə edilmiş dişlər
Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə də dincələ bilir.
Bu halda təbii ki, ilk işimiz stomatoloq müayinəsindən keçmək olmalıdır. Lakin bəzən buna nə zaman, nə də imkan tapırıq. Hamilə qadınların isə bu həssas aylarda stomatoloji xidmətlərdən yararlanması bəzən mümkünsüz olur.
Publika.az ev şəraitində diş ağrısından qurtulmağın ən sadə üsulunu təqdim edir.
Günün istənilən saatında bu məhləmi rahat istifadə edə bilərsiniz:
Bunun üçün yarım çay qaşığı mixək tozu və eyni miqdarda kokos yağı (kokos yağı olmadıqda zeytun yağı) lazımdır. Yağla tozu qarışdırıb hazırlayacağınız məlhəmi gün ərzində 3 dəfə dış fırçasının köməyilə ağrılı dişinizin üzərinə sürtün.

Gununsesi.info