Divarlarına məşhurların imza atdığı “Əyri ev” – “KRZYWY DOMEK”

  • By admin
  • 11 Sentyabr 2017 09:42

bir-bina-nasil-bu-kadar-yamuk-olabilir-krzywy-709634_7045_3_b

Qeyri-adi memarlıq üslubu ilə maraqlananlar bu yazımızı mütləq oxusun. Çünki sizə heç vaxt ağlınıza gətimədiyiniz formada olan bir ev barəsində məlumat verəcəyik. Bu ev “Krzywy Domek”-dir.

Gununsesi.info xəbər verir ki, tərcümə etdikdə adı “Əyri ev” mənasını verən bu tikili Polşanın Sopot şəhərində yerləşir. Olduqca fərqli memarlıq üslubu ilə “Dünyanın ən qəribə 50 binası” siyahısında birinci yeri tutan “Əyri ev” sənət, mədəniyyət və iş dünyasını bərabər şəkildə qoruyub saxlamağı bacaran bir məkandır.

“Şöhrət divarı” (“Wall of Fame”)

bir-bina-nasil-bu-kadar-yamuk-olabilir-krzywy-709634_5506_2_b

Əgər Hollivud bulvarında məşhurların imzalarını görmək sizə əlçatmaz və uzaq gəlirsə, Polşaya getməklə bu arzunuzu reallaşdıra bilərsiniz. Belə ki, “Əyri ev”in məşhurların imzaları ilə bəzənmiş xüsusi “Şöhrət divarı” var.

“Krzywy Domek”-də iş dünyası

bir-bina-nasil-bu-kadar-yamuk-olabilir-krzywy-709634_7961_1_b

Binanın içərisinə girdikdə daim uğura doğru irəliləməyə çalışan və fərqli ideyalar ortaya qoyan işçi heyətindən ibarət ofislər də görə bilərsiniz. Burada, həmçinin, bir sıra multimedia proqramları keçirilir, telekonfranslar və iclaslar təşkil olunur.

Nigar

Gununsesi.info