Dodaq uçuqundan xilas olmağın - Yolları

  • By admin
  • 25 Oktyabr 2016 17:35

lehlulu

Havalar soyuduqda dodaq uçuqlaması hamını zinhara gətirir. Vaxtında qarşısı alınmayan uçuqlar ağız ətrafını sanki xoşagəıməz suluqlarla mühasirəyə alır.

Gununsesi.info uçuqlardan qurtulmanın ən asan yollarını təqdim edir.

Qarğıdalı nişastası

1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq suyu qarışdırıb krem  halına gətirin. Yatmazdan əvvəl uçuğa sürtün. Oyandığınız zaman ehmalca yuyun.

Buz

Uçuq ağrı ilə yanaşı dodaqda göynəməyə də səbəb ola bilər. Buz tutmaq uçuğun üzərindəki dərinin həm nəmlənməsini, həm də göynəmənin keçməsini təmin edir.

Süd

Süd də uçuqlara olduqca yaxşı təsir göstərir.  Pambığı soyuq südlə isladın və uçuğun üzərində 2-3 dəqiqə saxlayın.

Aloe

1 çay qaşığı alo şirəsini  birbaşa uçuğun üzərinə çəkin.

Ekinezya

Ekinezya immunitet sistemini gücləndirir. Həmçinin uçuq çıxmasının qarşısını alaraq, bədəninizi dəstəkləyəcək.

Diş fırçanızı dəyişin

Diş fırçası uçuq viruslarının daşınması üçün ideal mühit meydana gətirir. Uçuq çıxdıqdan sonra təmiz bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra təkrar fırçanızı dəyişdirin.

Nanə yağı

Uçuğu su ilə təmizləyin. Ardından pambığı əvvəl suya, sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə kifayət edəcək.

Vanil

Vanil özü uçuğa səbəb olan virusun çoxalmasına mane olur. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa uçuğun üzərinə qoyun və 1-2 dəqiqə gözləyin. Gündə 4 dəfə təkrarlaya bilərsiniz.

Bütün bunları qeyd edildiyi kimi etsəniz, uçuqlardan tamamile və tezliklə canınızı qurtaracaqsınız.

Gülnaz Qənbərli

Gununsesi.info