Dolların bu günə olan rəsmi məzənnəsi açıqlandı

  • By admin
  • 19 Yanvar 2017 09:20

merkezi bank

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Gununsesi.info-ya verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 18-i ilə müqayisədə 1,5% artaraq 1,8311 manat təşkil edib.

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 1% möhkəmlənərək 1,9483 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 1,32% möhkəmlənərək 0,0308 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,44% möhkəmlənərək 0,4811 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,2482 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 1%-lik artım baş verib.
Gürcüstan larisinin məzənnəsi də 0,57% möhkəmlənərək 0,6879 manat olub.

Gununsesi.info