Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

18 Noyabr 2017

17 İyul 2017 - 17:32

“Dondurulmuş əməkhaqqı daha verilməyəcək”- "QAÇQINKOM"DAN RƏSMİ AÇIQLAMA

qacqinkom

“Bu gün həmişə olduğu kimi vətəndaşların qəbulu günü idi. Buraya gələn vətəndaşlarımız isə müxtəlif məsələlərin həlli ilə bağlı konkret qəbula gəliblər. Həmin məcburi köçkün vətəndaşlarımız etiraz aksiyasına yox, problemlərinin həlli üçün müvafiq gün olduğundan qəbula gəlib, problemərinin həlli ilə bağlı müraciət ediblər. İndiyədək hər zaman onlar qəbul günlərində bu gün olduğu kimi dinləniliblər”.

Bunu Gununsesi.info-ya Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin (“QAÇQINKOM”) mətbuat xidmətinin rəhbəri Elçin Qədimov dondurulmuş əməkhaqqı ilə təmin edilən məcburi köçkünlərə edilən ödənişlərin 2017-ci ildən dayandırılmasına münasibət bildirərkən deyib.

“Bu gün də onları naş nazirin müavini Əli Həsənov şəxsən qəbul edib. Eyni zamanda həmin vətəndaşlara məsələ ilə bağlı müvafiq izahatlarını da veriblər. Dondurulmuş maaşların dayandırılması baş nazirin müavini Əli Həsənovun təşəbbüsü olması yalan məlumatdır. Deyilənlər həqiqəqtəuyğun deyil. Bilirsiniz ki, orta aylıq əməkhaqqı – “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış və özlərindən asılı olmayaraq iş yerindən məhrum olmuş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 181 nömrəli qərarı ilə müəyyənləşdirilib. Bu günədək də hər il onun müddəti uzadılıb. Bu il isə Nazirlər Kabineti tərəfindən həmin qərarın müddətinin uzadılması haqqında heç bir qərar verilməyib. Şifahi şəkildə bildirilib ki, dondurulmuş əməkhaqqı daha verilməyəcəkdir. Yəni şifahi şəkildə bildirilib ki, bu qərarın icra müddəti başa çatıb”.

Gülnaz Qənbərli

Gununsesi.info





loading...