XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 15:32

Dövlət Sosial Müdafiə Fondu xərclərinin 60 faizini büdcə hesabına örtür

Gələn il Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin 63.5 faizi məcburi dövlət sığorta haqları hesabına formalaşacaq.

Gununsesi.info bunu Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondundan 2018-ci il büdcəsinə dair Rəyinə əsasən bildirir.

HP-nin Rəyindən məlum olur ki, gələn il 2.2 milyard manat məcburi sığorta haqqının yığılması gözlənilir. Yığılan sığorta haqlarının 24.2 faizi və ya 865 milyonu  büdcə təşkilatlarının payına düşür.

Qeyd edək ki, iri vergi ödəyicilər olan dövlətin iri şirkətlər-SOCAR, “Azərenerji”, “Azərsu”, “Azərişıq”,Azərbaycan Dəmir Yolları və sair. Əgər onların da ödənişlərinin nəzərə alsaq, bu rəqəm kifayət qədər böyüyər. 120 min yaxın sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxsdən cəmi 60 milyon sığorta vergisi toplanması planlaşdırılır.

Bu isə sığorta ödənişlərinin böyük yükünü dövlətin üzərində durduğunu göstərir. Xatırladaq ki, DSMF-nun gəlir və xərcləri 3,5 milyard manatdır. Məcburi sosial sığorta haqlarından toplanan ödənişlər bu xərcləri ödəyə bilmir. Yaranmış 1.3 milyardlıq kəsiri dövlət büdcəsində transfert hesabına həyata keçiriləcək. Əgər bunun üzərinə büdcə təşkilatlarından daxilolmaları da əlavə etsək, o zaman Fondun gəlirlərinin 60 faizi dövlət büdcəsi hesabına formalaşacaq.

Hesablama Palatası qeyd edir ki, 01.07.2017-ci il tarixə aktiv fəaliyyətdə olan təsərrüfat subyektlərinin sayının 197829 vahid olduğu göstərilib. Həmin say 01.07.2016-cı il tarixə isə 197664 vahid təşkil edib. Hesablama Palatası tərəfindən Fondun yerli orqanlarında aparılmış nəzarət tədbirləri zamanı Fondda bəzi hallarda fəaliyyətsiz kimi uçotda olan təsərrüfat subyektlərinin faktiki olaraq fəaliyyət göstərməsinə rast gəlinib. Hesablama Palatasının əvvəlki illər üzrə

rəylərində də qeyd edildiyi kimi, sığortaedənlərin uçotu və onlarla hesablaşmaların aparılması və movcud potensialdan tam istifadə edilməsi istiqamətində Fondun fəaliyyətinin gücləndirilməsi məqsədəmüvafiqdir.

Vüsalə Rüstəmova

Gununsesi.info