Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli”dən 127,9 MLRD. DOLLAR GƏLİR ƏLDƏ EDİB

  • By admin
  • 14 Dekabr 2017 10:00

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokundan 2017-ci ilin dekabrın 1-nə əldə edilən gəlirlərini açıqlayıb. 

Fonddan Gununsesi.info-ya verilən məlumata görə, 2017-ci ilin 11 ayı ərzində AÇG yataqları üzrə Fond 5,780 mlrd. dollar gəlir əldə edib.

Məlumatda bildirilir ki, 2001-ci ildən 2017-ci ilin dekabrın 1-dək AÇG yataqlar bloku üzrə 127,889 mlrd. ABŞ dolları gəlir əldə olunub.

Gununsesi.info