Dövlət iri müəssisələri satışa çıxardı

  • By admin
  • 27 Fevral 2017 15:06

herrac

Əmlak Məsələləri üzrə Dövlət Komitəsi martın 28-dənövbəti hərracını keçirəcək. Gununsesi.info Komitəyə istinadən bildirir ki, hər  hərraca 144 dövlət əmlakı olmaqla, 40 səhmdar cəmiyyəti, 77 kiçik dövlət müəssisə və obyekti, 27 nəqliyyat vasitəsi çıxarılıb.

Hərraca çıxarılan 77 kiçik dövlət müəssisəsi və istifadəsiz qeyri-yaşayış obyektlərinin bir qismi altındakı torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Belə ki, tikili və torpaq sahəsi ayrı ayrılıqda qiymətləndirilib. Elanda həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləri, habelə hər ikisinin birlikdə  ümumi ilkin satış qiyməti göstərilib. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakının Suraxanı, Sabunçu, Qaradağ, Yasamal, Binəqədi rayonları, Gəncə və Sumqayıt şəhəri, habelə, Kürdəmir, İmişli, Quba, İsmayıllı, Şəki və Masallı rayonlarında yerləşir.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək hərrac qiyməti 561 min manata olan qeyri-yaşayış binasıdır. Nəsimi rayonu, Bülbül prospektində yerləşən daşınmaz əmlakın torpaq sahəsi 474,8 kv.m., tikili sahəsi isə 255,5 kv.m.-dir. Bundan əlavə, hərraca çıxarılan start qiyməti yüksək olan əmlaklar sırasında 405 min manata Səbail rayonunda qeyri-yaşayış sahəsi, 270 min manata Qaradağ rayonunda Anbar, 369 min manata Sumqayıtda “Laçın” restoranı da var.

Keçiriləcək hərraca 40 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45 faizi özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, istehsal, emal və s. sahələrə aiddir.

Belə iri müəssisələrə “Ağcabədi Aqrotexservis”,  “Astara çay 3”, “Kürdəmir Kəndkimya”,  “Ağdaş Quşçuluq”, “Beyləqan Sənaye Kombinatı”, “Port İliç Xidmət”,  “Masazır Quşçuluq”,  Mingəçevir Qum Çınqıl Zavodu,  “Şıxlar” Broyler,   Xosrov Metal Palstmas Zavodu, Neftçala Ət Kombinatı kimi  səhmdar cəmiyyətlərin adları var.

Bundan başqa “Seyidlər”  üzüm emalı  Zavodu”  82 min manata,  Bakının Xəzər rayonunda yerləşən 1180 kv.m tibb məntəqəsi 190 min manata,

Suraxanıda yerləşən  244 kv.m-lik “Qərənfil” kafesi 121.2 min manata,

Suraxanıda yerləşən 461 kv.m-lik 148 saylı mağaza 136 min manata satıça çıxarılıb.

Vüsalə Rüstəmova

Gununsesi.info