Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

12 Sentyabr 2017 - 12:00

DTX-dan cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlara xəbərdarlıq- “ERMƏNİ “WİFİ”LARINA QOŞULMAYIN”

59b795429b2c9_ermenistan-ordusunun-agderedeki-herbi-hissesinde-insident

“Azərbaycanın düşmənlə təmas xətti yaşayış məntəqələrinə yaxın yerləşir. Bu səbəbdən ordumuzun canlı qüvvəsinin, hərbi texnikasının yerdəyişmələri, əraziyə yeni hərbi texnikaların gətirilməsi əksər hallarda yerli sakinlər tərəfindən müşahidə edilir və bununla da onlar artıq vacib informasiya daşıyıcısına çevrilirlər. Bu vətəndaşların bəziləri şahidi olduqları hərbi və təhlükəsizlik tədbirləri barədə fikirlərini, yaxud çəkdikləri video və fotoşəkilləri öz yaxınları ilə sosial şəbəkədə və mobil telefon vasitəsilə bölüşürlər. Bununla da onlar düşmənə cəbhə xəttində əməliyyat şəraitini sürətləndirməyə və ordumuza qarşı qabaqlayıcı tədbirlər görməyə şərait yarada bilən informasiyanın sızmasına səbəb olurlar”.

Gununsesi.info-nun xəbərinə görə, bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən “Vətəni müdafiəyə daim hazırıq” adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.

DTX-nın rəis müavini qeyd edib ki, bu cür hallar mülki əhalinin müdafiəsini etibarlı təşkili və düşmənin təxribatlarının vaxtında qarşısının alınması üçün görülən tədbirlərə zərər vurmaqla yanaşı döyüş bölgəsində xidmət aparan zabit və əsgərlərin həyatına ciddi təhlükə yaradır: “Ümumiyyətlə, hər bir vətəndaş xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrinin hər bir sakini bu məsələnin məsuliyyətini ciddi şəkildə dərk etməli və dövlət təhlükəsizliyinə zərərvura biləcək hər hansı məlumatları yayılmasından çəkinməlidir. Araşdırmalar göstərir ki, düşmən Azərbaycanın efir məkanında, həmçinin sosial şəbəkələrdə məlumat toplanılmasına xüsusi önəm verir. Bu səbəbdən vətəndaşların ayıq-sayıq olmaları, cəbhəyanı ərazilərdə yaşayan sakinlərin və xidmətdə olan hərbiçilərimizin internet şəbəkələrindən, mobil texnologiyalarından diqqətlə və ehtiyatla istifadə etmələri, xüsusilə düşmən tərəfindən tətbiq edlə biləcək naməlum və açıq wifi efirinə qoşulmamaları tövsiyə olunur. Biz müharibə şəraitində yaşadığımız unutmamalıyıq”.

O vurğulayıb ki, Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: “Torpaqların işğaldan azad olunması əsas məqsəddir. Son illərdə Azərbaycan ordusu müasir döyüş vasitələri ilə təchiz olunub. Bütün qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Ermənilər daim azərbaycanlılara qarşı terror aktları törədiblər. Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində dövlət sərhəddini 132 kilometr ərazisi nəzarətdən çıxıb. Ermənistan xarici havadarların yaratdığı imkanlardan istifadə edərək danışıqlar prosesini uzatmağa çalışır”.

Gununsesi.info





loading...