DTX-dan Eldar Mahmudovun qurbanına cavab -ARAŞDIRILACAQ...

  • By admin
  • 08 Dekabr 2016 11:19

dtx

“Mətləb Mustafayev əgər DTX-ya məktubla müraciət edibsə, həmin müraciətə qanunvericilikdə nəzərdə tutulan qaydada və müddətdə baxılıb, cavab veriləcək”. Bu haqda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Gununsesi.info-nun sorgusuna cavabında bildirirlir. Xatırladaq ki, ləğv olunmuş  Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin saxta ittihamları ilə həbs olunan sonradan şərti cəza ilə azadlıqda qalan və hazırda bəraət alan Mətləb Mustafayev saytımız  vasitəsilə DTX rəisi Mədət Quliyevə müraciət edərək,  ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təsin Ağayevin və hazırda da qurumda mühüm işlər üzrə müstəntiq işləyən Elşən Murtuzovun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. Mətləb Mustafayev bildirib ki, uzun zamandır bəraət alması üçün mübarizə aparıb: “Ali Məhkəmə barəmdə olan saxta hökmlə bağlı şikayətə baxdı və cinayət işinə bəraətverici əsaslarla xitam verdi. Mən gözləyirəm ki, bu hökmün ardından mənə qarşı saxta cinayət işi quran MTN İstintaq Baş İdarəsinin sabiq rəis müavini Təsin Ağayev və mühüm işlər üzrə müstəntiq olan Elşən Murtuzov cinayət məsuliyyətinə cəlb olunsun. Mən DTX rəisi hörmətli Mədət Quliyevə müraciət edirəm. Artıq bəraət almışam. Elşən Murtuzov oradan rədd edilməlidir. Elşən kimi cinayətkarların yeri, DTX yox, Kürdəxanı təcridxanasıdır”.

metleb

Xatırladaq ki, Mətləb Mustafayev özünü asaraq intihar edən MTN polkovniki Malik Mustafayevin qardaşıdır. Onun özünə qəsd etməsinə səbəb isə qardaşı Eldar Mahmudov nazir olduğu dönəmdə MTN Anti-Terror Mərkəzinin rəisi Elçin Quliyevin hədələrinə məruz qalması, qardaşının nazirlikdəki cinayətkar çete tərəfindən şərlənərək həbs olunması olub. M.Mustafayev deyib ki, hazırda qardaşının ölümünün səbəbləri obyektiv araşdırılması, onu intihara vadar edənlərin cəzalanması üçün mübarizə aparır.

Gülnaz Qənbərli

Gununsesi.info