DTX-nın anti-terror əməliyyatları -EKSPERTLƏR DANIŞIR

  • By admin
  • 30 Oktyabr 2017 18:02

 

Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin ləğv edilərək, onun əvəzində general-leytenant Mədət Quliyevin  rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin yaradılmasından  və   bu quruma Mədət Quliyevin təyinatından sonra  təhlükəsizlik sahəsində iş  keyfiyyət baxımından demək olar ki,  tamamilə  yenidən müasir dövrün tələblərinə uyğun formada quruldu.

Etiraf etmək lazımdır ki, Eldar Mahmudovun və dəstəsinin dövlətin və vətəndaşların təhlükəsizliyi ilə bağlı məşğul olan bir qurumu cinayət yuvasına çevirməsi xalqın bu təşkilata qarşı inamını qırmışdı.

Amma sevindirici haldır ki, general-leytenant Mədət Quliyevin bu strukturu yenidən təşkilatlandırması, cinayətkar çeteden təmizləməsi və qısa zaman ərzində milli təhlükəsizliyimizə təhdid olacaq planların ifşa olunması üçün keçirilən əməliyyatlar  təşkilata yenidən inamı yaratdı.

Kadrlar məsələsində peşəkarlığa, bacarığa, biliyə üstünlük verilməsi, fəaliyyət istiqamətlərinin    müasir dövrün prinsiplərinə əsaslanaraq  qurulmasına ciddi diqqət yetirildi. Məhz bunun nəticəsi yaradıldığı qısa müddət ərzində DTX  dövlətin və vətəndaşın təhlükəsizliyini təmin edən qurum kimi cəmiyyətdə özünə  müsbət  bir imic formalaşdıra bildi. Bu da  cəmiyyət tərəfindən artıq təqdirlə qarşılanır.

Xüsusən də DTX-nın fəaliyyətə başladığı ilk gündən diqqətini dövlət və vətəndaşın təhlükəsizliyini təhdidi edən və bu gün dünyanın gündəmini məşğul edən bir nömrəli problemi olan terrorizmə və terrorçulara qarşı mübarizəyə yönəltdi. Məsələni gündəmdə saxlamaqla,  ciddi proflaktik və praktik kompleks tədbirlər həyata keçirməyə başladı. Odur ki, biz DTX-nın ölkədə sabitliyi

pozamağa yönəlik hərəkətlərin qarşısının alınması, istərsə müxtəlif ölkələrdə, xüsusən də dünyanın  müxtəlif qaynar nöqtələrində terrorçu təşkilatların tərkibində vuruşub, sonradan ölkəmizə dönən Azərbaycan vətəndaşların saxlanması, istərsə də  terrorçu təşkilat üzvü olmaqda şübhəli bilinən və ya adı keçən şəxslərin ölkəmizə girişinin qarşısı alınaraq  zərərsizləşdirilməsi istiqamətindəki müsbət fəaliyyətini qeyd edə bilərik.

 

Bununla belə sosial şəbəkələrdə keçirilən əməliyyatlar zamanı hədəfin məhv edilməsini narazılıqla qarşılayanlar da var. Həmin şəxslərin iddiasına görə, cinayətdə şübhəli bilinən bu adamları məhkəmə vasitəsi ilə mühakimə etmək lazımdır.

 

Burada bir məqama diqqət etmək lazımdır.

DTX əməkdaşlarının həyatını riskə qoyub üstlərinə getdikləri hansısa qonşu davasına görə axtarılan, yaxud da oğurluqda şübhəli bilinən sıradan cinayətkarlar deyil. Bu şəxslər ölkənin konstitusiya quruluşuna qarşı çıxan, hüquqi, dünyəvi və demokratik dövlətin əvəzində şəriət qanunları ilə idarə olunan bir ölkə yaratmaq istəyənlərdir. Bu istək üçün isə məktəblər, metrolar, dövlətin inzibati binalarının partladılması, kütləvi insan ölümü nəzərdə tutulur. Ona görə də onlar  beşiyindəcə boğulmalıdır və gücdən başqa hər hansı bir metoddan söhbət gedə bilməz.

Təcrübə də göstərir ki, bu tipli şəxslər həbs edilib, cəzaya məhkum edilsələr də islah olunmur. Əksinə, həbsxanalarda özlərinə tərəfdar yığırlar.

Ortada terrorizmə qarşı bir savaş var və bu savaşda iki tərəf bir-birini məhv etmək üçün döyüşür.

Keçirlən əməliyyatların DTX üçün itkisiz nəticələnməsi isə bu əməliyyatların yüksək peşəkarlıqla hazırlanmasını göstərir.

Əliməmməd Nuriyev: “DTX-nın anti-terror əməliyyatları qanunidir”

 

 

DTX və onun rəhbəri Mədət Quliyevin fəaliyyətini dyərləndirən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, radikal dini dairələr, terror qrupları və digər cinayətkar ünsürlərlə bağlı bir-birinin ardınca həyata keçirdiyi uğurlu əməliyyatlar, xalqın və dövlətin təhlükəsizliyinə təhdid təşkil edən halların qətiyyətlə aradan qaldırılması cəmiyyət tərəfindən də təqdirlə qarşılanmaqdadır.

Təhlükəsizlik orqanlarının  belə şəxslərə qarşı keçridiyi əməliyyatlar zamanı hədəfin məhv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirən Əliməmməd Nuriyev deyir ki, bu  məsələ qanunvericilikdə  öz əksini tapıb və əməliyyat zamanı  terrorçunun və yaxud hər hansı cinayətkar dəstə və ya şəxsin saxlanması zamanı sərt müqavimət göstərən şəxsə qarşı adekvat tədbir  görülməsi hüquqla müəyyən edilib: “Əgər  əməliyyatçıya qarşı silahlı müavimət varsa və bu hüquq-mühafizə  orqanlarının əməkdaşlarına, yaxud  digər dinc sakinlərin həyatına ciddi təhlükə yaradırsa qanunvericlik həmin hədəfi zərərsizləşdirməsi zamanı məhv etməsinə  hüquqi  cəhətdən imkan yaradır. Bu məsələ qanunvercilikdə açıq-aydın formada, konkret olaraq hansı hallarda hədəfin məhv edilməsi üçün silahın işlədilməsi öz əksini tapıb”.

Ə.Nuriyev əlavə edib ki,  qanunvericiliyə əsasən hədəfin məhv edilməsindən sonra onun  məhv edilməsinin  nə dərəcədə qanunauyğun şəkildə həyata keçirməsini isə prokurorluq orqanları araşdırır: “Ona görə də əməliyyatçı hədəfi məhv emək hüququna malikdir. Çünki, hədəfin  silahlı müqavimət zamanı hədəf əməliyyatçı tərəfindən məhv edilməszə, o zaman təkcə qarşı tərəf deyil, eyni zamanda dinc insanlar da bundan ciddi ziyan çəkə bilər, həyatları təhlükə qarşısında qala bilər. Bu zaman əməliyyat qrupunun  hədəfin təslim olmadığı və müqaviməti davam etdirdiyi təqdirdə onu məhv etmək  hüququ vardır. Və düzgün addmdır. əgər kimsə belə hallara qarşı çıxırsa, deməli, həmin şəxs bu terrorçularla eyni məsuliyyəti bölüşür”.

Sülhəddin Əkbər: “Radikal dini qruplara qarşı iş daha ciddi aparılmalıdır”

 

 

Sabiq milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər isə hesab edir ki, cəmiyyətdə terrorizmin qarşısının alınması üçün kompleks tədbirlər keçirilməlidir. “Bu işi təkcə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının öhdəsinə buraxmaq düzgün yanaşma

deyil. Dövlətin  bütün strukturları və cəmiyyət bütövlükdə bu prosesdə iştirak etməlidir.  Dövlət və hakimiyyət strukturları öz üzərlərinə işi görməli və cəmiyyətdə terrorizm ideyasının baş qaldırmasına imkan verən bütün faktorların qarşısını almalı, eyni zamanda cəmiyyətlə birgə maarifləndirmə və proflaktik tədbirlər həyata keçirməlidir. Əks təqdirdə terrorizmin kökünü deyil, ayrı-ayrı terrorçunu məhv etməyə yönələn hərkətlər lazımi effekti verməyəcək.  Təhlükəsizlik orqanları bu işin öhdədinsən təkbaşına gələ  bilməyəcək”-  deyə, o bildirib.

  1. Əkbər hesab edir ki, xüsusən də radikal dini qruplaşmalarla iş daha ciddi formada aparılmalıdır və kompleks tədbirlər həyata keçirilməldir.

DTX-nın bu istiqamətə həyata keçridiyi fəaliyyəti təqdir edən  sabiq nazir mavini deyib ki,  qurumun yarandığı gündən bu istiqamətdə həyata keçridiyi fəaliyyət, onun bu məsələni gündəmdə və diqqətə saxlanması kimi dəyərləndirilməlidir: “Yəni, DTX-nin terrorçulara qarşı mübarizədə sərt və barışmaz  mövqeyinin göstəricisi kimi dəyərləndirmək lazımdır. Və bu müsbət haldır”.

Əməliyyatlarda  hədəfin zərərsizləşdirilməsi  prosesində qarşı tərəfinən sərt müqaviməti  nəticəsində onun məhv edilməsinə gəldikdə isə S. Əkbər deyib ki,  bu qanunvericiliyə uyğun şəkildə həyata keçirilməlidir. O hesab edir ki, terrorçunun məhv edilməsi yox, daha çox hansısa formada  diri ələ keçirilməsi informasiya əldə edib, gələcəkdə proflaktik tədbirlərin həyata keçirilməsi, onların  hansı qruplaşmalara məxsus olması, fəaliyyətləri   və yaxud himayədarları barədə daha geniş bilgi əldə etmək baxmından önəmlidir: “Ona görə də hədəfi silahla zərərsizləşdirən zaman onun ölümcül nöqtələrindən deyil, onun sağ qala bilcəyi nayihələrdən yaralamaqla  zərərsizləşdirmək daha məqsədəuyğundur”.

 Mürtəza

Gununsesi.info