Dubay dünyada polis sistemində möhtəşəm yeniliyə imza atdı - “AĞILLI” POLİS SİSTEMİ YARATDI

  • By admin
  • 19 Sentyabr 2017 11:04

dubai-police-fleet-bmw-i8-003-copy-510x0

Dubay yenə də dünyada yeni bir ilkə imza ataraq tamamilə avtomatlaşdırılmış “ağıllı” polis məntəqəsi yaradıb.

Gununsesi.info yerli Gulf News-a istinadən xəbər verir ki, “ağıllı” polis məntəqəsinin açılışı olub.

Yeni polis məntəqəsi 60 növ xidmət göstərəcək. Məsələn, şəxs qanun pozuntusu və yol nəqliyyat hadisəsi barədə məlumat verə bilər. Polislərlə əlaqə ancaq videorabitə və elektron şəbəkə vasitəsi ilə mümkündür. “Ağıllı” polis məntəqəsi sutka ərzində çalışacaq.

Gələcəkdə belə polis məntəqələrinin Dubayın bütün yaşayış rayonlarında və ticarət obyektləri ərazisində açılması planlaşdırılır.

Dubay polisinin fikrincə, “ağıllı” polis ancaq polisin fəaliyyətinə yardımçı olacaq.

Gununsesi.info