Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

19 Yanvar 2018

17 Avqust 2017 - 21:05

Dubay və Abu-Dabi Yaxın Şərqdə yaşamaq üçün ən əlverişli şəhərlərdir?!

abu-dabi

Birləşmiş Ərəb Əmirliyinin “The National” nəşri “The Economist Intelligence” tərəfindən aparılmış beynəlxalq tədqiqatın nəticələrinə istinadla bildirir ki, Dubay Yaxın Şərqdə yaşamaq üçün ən yaxşı şəhər hesab edilib.

Gununsesi.info xəbər verir ki, tədqiqata görə, Melburn yeddinci dəfə dünyanın yaşamaq üçün ən əlverişli şəhəri hesab olunub. Dubay isə reytinqdə Yaxın Şərq üzrə ən yüksək mövqeyi, ümumi siyahıda dünyanın 140 ölkəsi arasında 74-cü yeri tutub.

Yaxın Şərq və Şimali Afrika regionlarında Dubaydan sonra ikinci yerdə Təl-Əviv, üçüncü yerdə isə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhəridir.

Tədqiqatda Dubaya verilən 74,7 faiz qiymət qlobal orta baldır və şəhərin qazanc baxımından ikinci səviyyədə olduğunu göstərir. Bu o deməkdir ki, şəhərdə gündəlik həyat tərzi qaydasındadır, lakin bəzi cəhətlər problem yarada bilər. Ümumiyyətlə, son beş ildə Dubay həyat şəraitinin yaxşılaşdırılmasının inkişafı baxımından əhəmiyyətli dərəcədə irəliləyib. Sabitlik, təhsil, mədəniyyət və infrastruktur sahələrində şəhərin cəlbediciliyi artıb. Lakin hesabat müəlliflərinin fikrincə, tibb və təhsil sahələrində yerli sakinlərə və miqrantlara göstərilən xidmətin fərqli olması ümumi qiymətə təsir edib.

Reytinqdə sonuncu yerləri münaqişə zonalarında yerləşən Tripoli və Dəməşq şəhərləri tutur.

Gununsesi.info