Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

18 Yanvar 2018
17 Yanvar 2018

13 Dekabr 2017 - 20:47

Dünya Bankı neft-qaz sektoruna maliyyə dəstəyini dayandırır


Dünya Bankı 2019-cu ildən etibarən neft-qaz yataqlarında kəşfiyyat işlərinə maliyyə dəstəyini dayandıracağını bildirib.

“Report” “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Dünya Bankı Parisdə keçirilən “One Planet Summit” konfransında bildirib.

Dünya Bankı qərarın səbəbi kimi iqlim dəyişikliyi nəticəsində artan təhlükələri göstərib. Qeyd edək ki, hazırda Dünya Bankının inkişaf etməkdə olan ölkələrin neft-qaz sektoruna kreditlərinin məcmu kredit portfelində xüsusi çəkisi 1-2% təşkil edir və 280 mlrd. dollara bərabərdir.

Dünya Bankı öz iş metodikasını dəyişdirərək 2020-ci ilə qədər kredit portfelinin 28%-ni iqlim dəyişikliyi ilə mübarizəyə yönəldəcəyini açıqlayıb.

Bankın rəhbəri Mark Karninin sözlərinə görə, artıq kapitallaşması 6,3 trln. dollar olan 237 nəhəng şirkət daha az karbohidratlı iqtisadiyyata keçidi dəstəkləyib.

 

Gununsesi.info