Dünya Bankından Azərbaycana çağırış - TƏCİLİ STRUKTUR İSLAHATLAR APARILMALIDIR

  • By admin
  • 21 Aprel 2017 12:45

dunyabank

“Azərbaycanda 2017-ci ildə də resessiya, yəni iqtisadiyyatın daralması olacaq, neft hasilatı düşəcək”.

Gununsesi.info-nun xəbərinə görə, bu haqda  itisadçı-ekspert Natiq Cəfərli sosial şəbəkədəki səhifəsində yazıb.

“Dünən yayılan Dünya Bankının “Azerbaijan Partnership Program Snapshot” hesabatından əsas tezislər:

1) Azərbaycanda 2017-ci ildə də resessiya, yəni iqtisadiyyatın daralması olacaq.

2) Neft hasilatı düşəcək.

3) Hökumətin və Mərkəzi Bankın manat dövriyyəsini kəskin azaltması məzənnədə müəyyən sabitliyə səbəb olsa da, iqtisadi aktivliyi azaldıb, vətəndaşların daha da yoxsullaşması riskini artırıb.

4) Əsas problem güvənsizlikdir, vətəndaşlar da, biznes də gələcəyə güvənmir.

5) Təcili struktur, hüquq, idarəetmə və sistem islahatları olmalıdır.

6) İnflyasiyanın azalacağını deyiblər, amma bunu sərt pul siyasəti və alıcılıq qabiliyyətinin azalması ilə izah edib.

Yəni, illərdir yazdığımızı-dediyimizi DB da təsdiqləyir. Hörmətli hökumət, xub, biz düşmən dəyirmanına su tökürük, iki eşşəyin arpasını bölə bilmirik, qərəzliyik, bəs sizin ən yaxşı tərəfdaşlarınızdan biri və tez-tez istinad etdiyiniz Dünya Bankına nə sözünüz?! Bircə deməyin ki, onlar da “erməni lobbisinə” işləyir, bu “arqumentiniz” çoxdan çürüyüb. Dünya Bankı Ermənistanı da ciddi tənqid edib-edir, bu lobbi zalım uşağı manyakdır ki, pul verib özlərini də tənqid etdirsinlər?!

Gununsesi.info