Dünya bazarında neftin qiyməti ucuzlaşıb

  • By admin
  • 17 Yanvar 2018 09:36

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb. 

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,06 dollar və ya 0,09% azalaraq 63,67 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar və ya 0,10% azalaraq 69,08 dollar olub.

Gununsesi.info