Dünya birjalarında neftin qiyməti azalıb

  • By admin
  • 24 Avqust 2017 09:30

neft-s

Dünya birjalarında neftin qiyməti azalıb. 

Gununsesi.info xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,08% azalaraq 48,37 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,01 dollar və ya 0,02% azalaraq 52,56 dollar olub.

Gununsesi.info