VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Sentyabr 2017
BE ÇA Ç CA C Ş B
« Avq    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

XƏBƏR LENTİ

20 Sentyabr 2017

17 Avqust 2017 - 23:40

Dünyanın ən yaxşı və ən pis şəhərləri- SİYAHI

_97410686_gettyimages-493621192-1

İngiltərənin “Economist” jurnalı “Yaşam səviyyəsinə görə dünyanın ən yaxşı və ən pis şəhərləri 2017” adlı siyahı hazırlayıb.

Gununsesi.info Publika.az-a istinadən xəbər verir ki, siyahıya Avstraliyanın Melburn şəhəri başçılıq edir.

“Dünyanın ən yaxşı və ən pis şəhərləri” siyahısı dünyadakı 142 şəhərin sabitlik, sağlamlıq, mədəni çevrə və infrastrukturu araşdırılaraq tərtib edilir.

Jurnalın “Economist İntelligence Unit” adlı araşdırma qrupu şəhərlərdəki həyat keyfiyyətini əsas tutaraq, ikinci sıraya Avstriyanın paytaxtı Vyananı layiq görüb.

Bu şəhərləri müvafiq olaraq Kanadanın paytaxtı Ottava və digər böyük şəhərləri Toronto, Kalqari, Vankuver izləyir. Son illərdə siyahının ilk beşliyi dəyişməz olaraq qalır.

Bununla yanaşı, jurnal həyat səviyyəsinin ən aşağı olduğu şəhərlər siyasını da tərtib edib. Siyahıda Suriyanın paytaxtı Dəməşq, Nigeriyanın Laqos şəhəri, Liviyanın paytaxtı Tripoli, Banqladeşin paytaxtı Dəkkə şəhəri yer alıb.

Jurnal son 5 ildə həyat səviyyəsi ən çox artan şəhərləri də açıqlayıb. Bu şəhərlərə İranın paytaxtı Tehran başçılıq edir. Bundan başqa, siyahıda Dubay, Fil dişi sahilinin Abidican şəhəri, Zimbabvenin paytaxtı Harari və Şri Lankanın paytaxtı Şri Cayavardenepura Kotte şəhəri yer alıb.

Jurnal Türkiyə, Avstraliya, Banqladeş, Belçika, Fransa, Pakistan, İsveç, İngiltərə və ABŞ kimi ölkələrdə terror hücumlarının təhlükəli səviyyədə artdığını bildirib.

_97410682_gettyimages-818775386

Gununsesi.info




loading...
Loading...