Dünyanın ən böyük almazı rekord qiymətə satıldı

  • By admin
  • 15 Noyabr 2017 23:22


2016-cı ildə Anqolada tapılan dünyanın ən böyük almazı İsveçrənin Cenevrə şəhərində keçirilən auksionda satılıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, 404 karatlık almaz 25 milyon funt-sterlinqə (təxminən 56 milyon manat) satılıb.

Bu almaz tamamilə rəngsiz olduğu üçün ən yüksək rəng sinfi hesab edilən D kateqoriyasına aid edilir.

Almaz Hollandiyada 10 nəfərlik zərgər qrupu tərəfindən təmizlənərək qüsursuz formaya salınıb. Daha sonra həmin almas üçün isveçrəli bir zərgər tərəfindən xüsusi sep hazırlanıb.

 

Gununsesi.info