Dünyanın ən çox səyahət edilən ölkələri – SİYAHI

  • By admin
  • 14 Aprel 2017 11:25

ispaniya

Dünya Turizm Təşkilatı turistlərin ən çox getdiyi ölkələrin siyahısını açıqlayıb.

Gununsesi.info xarici mətbuata istinadən həmin siyahını oxuculara təqdim edir.

fransa

Fransa

Fransanın paytaxtı Paris ölkəyə böyük turist kütləsi qazandırır. 84,5 milyon nəfər tərəfindən ziyarət olunan ölkədə bəzi dönəmlərdə terror hadisələrinin baş verməsi turizmin zəifləməsi ilə nəticələnmişdi.

abs

Amerika Birləşmiş Ştatları

Bəzi insanlar amerikan mədəniyyətini kitablardan, filmlərdən öyrənirlər. Bəziləri isə bununla kifayətlənməyib ABŞ-a səyahət edirlər. 77,5 milyon nəfər insanın səyahət etdiyi bu hegemon dövlətin diqqət çəkici yerləri arasında çöllər, dağlar, körpülər, səs-küylü şəhər həyatı mühüm yer tutur.

ispaniya

İspaniya

Siyahıda 3-cü yeri tutan İspaniya tutur. BMT-nin açıqlamasına görə, 68,2 milyon nəfər turist bu ölkəyə səyahət edib. Ölkənin tarixi memarlıq abidələri hər kəsin diqqətini çəkməkdədir. Elhamra Sarayı, Park Guell, İbiza, Camp Nou, La Nambra kimi yerlər İspaniyada ən çox turist cəlb edən məkanlardandır.

cin

Çin

Dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Çin, eyni zamanda qədim mədəniyyətə malikdir. 56,9 milyon nəfərin səyahət etdiyi ölkə təbiətinin gözəlliyi ilə hər kəsi heyran edir.

italiya

İtaliya

İtaliya tarixi tikililəri ilə turistlərin diqqətini çəkən ölkələrdəndir. 50,7 milyon nəfər insan tərəfindən səyahət edilən bu ölkədə Pisa qülləsi, Kolizey, Florensiya Kilsəsi kimi yerlər turistləri özünə cəlb etməkdədir.

turkiye

Türkiyə

Avropa ilə Asiyanı birləşdirən İstanbulun tarixi qədim dövrlərə dayanır. Qardaş Türkiyə 39,5 milyon nəfər tərəfindən səyahət edilərək bu siyahıya daxil olmağı bacarıb. Sultanahmet Camisi, Ayasofiya kilsəsi kimi yerlər turistlər tərəfindən ən çox ziyarət edilən məkanlardandır.

almaniya

Almaniya

35 milyon nəfər insan tərəfindən səyahət edilən və əyləncə mərkəzi kimi tanınan Almaniya Oktoberfest sayəsində hər kəsin diqqətini öz üzərinə çəkməyi bacarır. Turistlərdə maraq oyadan digər tərəf Almaniyanın  XX əsrə aid tarixidir.

britaniya

Böyük Britaniya

Bugünə kimi 34,2 milyon nəfər tərəfindən səyahət edilən Britaniya İrlandiyanın şərqində yerləşir. İşıqlı gecələri, gözəl memarlıq abidələri və turistik məkanları ilə məşhur Britaniya ən çox səyahət edilən ölkələrdəndir.

meksika

Meksika

32,1 milyon insanın axın etdiyi Meksika bəyaz qumsalları ilə tanınır. Tulumdakı Maya xarabalıqları, tropik meşələr ən çox turist cəlb edən yerlərdəndir.

Nigar

Gununsesi.info