Dünyanın ən təhlükəli 10 hakeri bunlardır - SİYAHI

  • By admin
  • 10 İyul 2017 17:39

hakerler

Gununsesi.info publika.az-a istinadən dünyanın 10 ən məşhur hakeri haqqında məlumatları diqqətinizə çatdırır.

Conatan Ceyms – 15 yaşında olarkən ABŞ Təhlükəsizlik Nazirliyi və NASA-nın hesablarını oğurlaya bilmişdi və buna görə həbs olunmuşdu. Beynəlxalq Kosmos Stansiyasının bazasına sızaraq əməliyyat kodlarını ələ keçirmişdi. NASA bundan xəbər tutsa da, 3 həftə vəziyyəti bərpa edə bilməmişdi. Xakerin əldə etdiyi məlumatların dəyəri 1.7 milyon dollar idi. Sonralar Ceyms bənzər əməllərə görə ittiham olunub. Lakin o, etmədiyi işlərə görə məhkum olunacağını düşünərək intihar edib.

Vladimr Levin – rusiyalı haker 1995-ci ildə “Siti Bank”ın kompüterlərinə sızaraq 10 milyon dollara yaxın pulu İsrail, Finlandiya və ABŞ-dakı banklara yönləndirib. O, interpol tərəfindən tutulub və 3 il azadlıqdan məhrum edilib.

Qari Makkinnon – şotland haker 2001-2002-ci illərdə ABŞ-ın 97 hərbi şəbəkəyə girmiş, bu saytların hər birinə “təhlükəsizliyiniz bərbaddır” mesajını göndərmişdir. Hakerin əsas məqsədi ufoların varlığını təsdiqləmək olub. ABŞ illərlə Makkinnonun onlara təslim edilməsi üçün danışıqlar aparıb.

Con Makkafe – tamamilə başqa bir sahədə özünü sınamaq istəyən Con sonradan antivirus proqramı – “McAfee” ilə tanınıb. Belə ki, bitkilər üzərində araşdırmalar aparan Conun özünə aid labaratoriyası da mövcud imiş. Amma dövlət onun bu laboratoriyada narkotik hazırladığını iddia edərək bağlamışdı. Bundan sonra hökumətdən əvəz çıxmağa qərar verən Makkafe hökumətə aid kompüterlərə sıza bilmiş və dövlət əleyhinə sənədlər əldə etmişdi. Sonralar haker ölkədən qaçmışdı.

Astra – əsl adı məlum olmayan bu hakerin kimliyi heç vaxt açıqlanmayıb. Sadəcə 58 yaşlı riyaziyyatçı olduğu bilinir. Əslən yunan olan bu haker Fransanın iri silah şirkətlərindən birinin sistemini ələ keçirmiş və şirkətə məxsus silah texnologiyaları haqda məlumatları başqa şirkətlərə satırmış. 5 il davam edən bu prosesə görə şirkət 560 milyon dollar zərərə uğramışdı.

Stiv Vozniak – “Apple” korporasiyasının qurucularından biri olan Stiv əvvəllər haker kimi böyük işlərə imza atıb. Belə ki, o, şəhərlərarası pulsuz telefon görüşlərini təmin etmək üçün cihaz da hazırlayıbmış. Stiv “mavi qutu” adlandırılan bu cihazla Roma Papası ilə əlaqə saxlamağa çalışıb.

Ceyms Kosta – o, bu işlərə 14 yaşında başlayıb. Kiçik yaşlarda 45 belə kibercinayətə imza atan Kosta 20 yaşında artıq CIA-nın Afrika və Orta Şərq üzrə casusu işləyirdi. 24 yaşında qurduğu bir internet şirkətini isə milyon dollar qarşılığında satıb.

Kevin Mintik – gənc yaşlarda pulsuz telefon danışıqları təşkil etmək üçün böyük şirkətlərdən kod oğurluğu edib. Çoxlu sayda fırıldaqçılıq işlərində ittiham olunaraq həbs edilib. Həbsdən sonra təhlükəsizlik məsləhətçisi kimi fəaliyyət göstərir.

Adrina Lamo – evsiz haker kimi tanınan Lamo ABŞ ordusunun özəl məlumat bazasına daxil olub. Minlərlə insanın məlumatını ələ keçirən Lamo hökumətə böyük ziyan vurmuşdu. Buna görə o, 2 il icbari iş və 65 min dollar pul cəzası alıb.

Devid Smit – Smit “Melisa” adlı troyan virusunu yazan adamdır. Bu virus ilk uğurlu e-mail virusu olaraq tanınır. Qısa zamanda virus geniş kütləyə yayıldı və 80 milyon dollar zərər vurdu. Amma hakerin bu əməli cəzasız qalmadı. 20 ay müddətinə həbs olunan haker ən təhlükəli haker siyahısına adını yazdıra bildi.

Gununsesi.info