Dünyanın ən xoşbəxt ölkəsi - NORVEÇDƏ HƏYAT NECƏDİR?

  • By admin
  • 06 İyun 2017 10:43

norvec

Birləşmişmiş Millətlər Təşkilatının(BMT) rəyinə əsasən Norveç dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Bu xoşbəxtliyi səciyyələndirən amillər isə zənginlik, təhlükəsizlik, cəmiyyətdəki ruh və düşüncə yüksəkliyi, sakitlik və aydın həyat tərzidir.

“Turkaznws” “Courrierinternational.com” saytına istinadən xəbər verir ki, BMT-nin rəyində o da bildirilir ki, bu il Norveç, Danimarka, İsveçrə və İslandiyanı geridə qoyaraq liderlik əldə edib. Norveçdəki həyat səviyyəsi, insanların sağlamlığına göstərilən diqqət və qayğı, arzuolunan idarəçilik, azadlıq hissi və alicənablıq digər 3 ölkədən önə keçib.

Həyat səviyyəsi yüksəlib

Öncə qeyd edək ki, norveçlilər çox zəngindirlər. İqtisadi inkişafı müşahidə etmək və ya anlamaq üçün ekspertə ehtiyac yoxdur. Bu, aydınca sezilir. Artıq 40-50 ildir ki, onlar Şimal dənizindən neft yataqları kəşf edirlər. Amma ölkənin iqtisadi gəlirləri bununla da bitmir. Qeyri-neft sektorundan gələn gəlir də ölkə iqtisadiyyatının inkişafına güclü təkan verir.

İnsanlar özünü təhlükəsiz hiss edir

Bu ölkə vətəndaşları uzun ömürlülükləri ilə fərqlənirlər. Burada pensiyaya çıxma müddəti 67 yaşdır. Üstəgəl, norveçlilər ürəkaçan sosial təhlükəsizliklə, pulsuz ali və orta təhsillə, uzunmüddətli valideynlik məzuniyyəti ilə təmin olunublar. Bütün bunlar onların sosial təhlükəsizliyini yaxşı mənada təmin edir.

norvec1

Ölkənin iqlimi

Norveçin iqlimi elə də yaxşı deyil. Tədqiqatçıların məlumatına görə, burada soyuq çox, isti isə az olur. Amma bu ölkə vətəndaşları bu cür hava şəratindən razıdırlar. Onlar artıq belə hava şəraitinə öyrəşiblər. Həm də hava soyuq olsa da, atmosferin təmizliyi bu ölkə vətəndaşlarını razı salır.

Cəmiyyətə inteqrasiya

Ümumiyyətlə, norveçlilər tez-tez mənzil dəyişməyə meylli deyillər. Onlar daha çox böyüyüb, boya-başa çatdıqları məkanlarda qalmağı xoşlayırlar. Yəni ailə üzvləri ilə qaynayıb qarışırlar. Bu da onlara bir rahatlıq gətirir. Belə olan halda isə onların digər insanlara da münasibəti xoşagələn olur.

Qeyd edək ki, Norveç Krallığı, Norveç (Norveç dilində Kongeriket Norge (bokmål); Kongeriket Noreg (nynorsk)) – Şimalı Avropada ,Skandinaviya yarımadasının qərb hissəsində və ona yaxın adalarda yerləşən dövlət. Ölkənin adı qədim skandinav dillərində Norðrvegr — “şimala yol” deməkdir.

Konstitusiyalı monarxiyadır. Paytaxtı Oslo şəhəridir. Norveç Skandinaviya yarımadasının qərbində yerləşib İsveç, Finlandiya və Rusiya ilə həmsərhəddir. Şimal ərazi boyu uzanan yoLlar Norveç təbiətinin ən ecazkar fenomenlərindən sayılır.

Norveç Krallığına Arktikada yerləşən bir neçə ada, Svalbard (Şpitsbergen adası və qonşu adalar daxildir) və Yan Mayen adaları da daxildir. Norveç Krallığının Svalbard üzərindəki mülkiyyət hüququ Svalbard Sazişi əsasında razılaşdırılmışdır. Bu saziş Yan Mayen adasına şamil edilmir. Cənubi Atlantik Okeanında yerləşən Buve və I Pyotr adaları da Norveçin tabeliyindədir. Bununla belə bu adalar krallığa məxsus deyildir. Norveçin Antraktidadakı “Şahzadə Mod Torpaqları”na da ərazi iddiları vardır. Həmin adada Norveçin “Troll” tədqiqat stansiyası yerləşir.

Norveç 2001-ci ildən etibarən hər il insan inkişafı göstəricisinə görə birinci yeri tutur. Rəy sorğularına görə, ölkə həmçinin dünyanın ən sakit və sülhsevər ölkəsi hesab edilib.

norvech2

Gununsesi.info