Ebru məhkəməyə verildi –  evli adamla sevgili olduğu üçün

  • By admin
  • 22 İyul 2017 20:23

127598_n0eb358tcw
Model Ebru Şallının iş adamı Uğur Akkuşla sevgili olması ətrafındakı qalmaqallar böyüyür.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, iş adamının evli və iki uşaq atası olması isə hər kəsi təəccübləndirib. Daha sonra Uğurun həyat yoldaşı Qonca Akkuş müsahibə verərək Ebrunun onun ərini əlindən aldığını, özünün isə hamilə olduğunu söyləmişdi.

E.Şallı da sevgilisinin son üç ildir ailəsi ilə boşanma ərəfəsində olduğunu zənn etdiyini demişdi. O, aldadıldığını və sevərək inandığını vurğulamışdı. Lakin iş adamının 10 illik xanımı Ebrunu məhkəməyə verib.

Qonca Ebrunun bilərək evli adamla münasibətdə olmasına görə təzminat ödəməli olduğunu deyib.

Gununsesi.info