Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

22 Noyabr 2017

10 Noyabr 2017 - 14:22

Eldar Mahmudov MTN qurbanlarının əhatəsində- ŞİKAYƏTÇİLƏR SABİQ NAZİRİ TƏHQİR ETDİLƏR + VİDEO

Xəbər verdiyimiz kimi, bu gün sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.

Bu barədə Gununsesi.info-ya Elmdar Məhərrəm oğlu İsmayılov və Sevda Fətəli qızı Süleymanova məlumat verib.

Onlar qeyd ediblər ki, bu gün təxminən saat 13:15-də istintaqdan çıxan sabiq MTN şefinə yaxınlaşaraq ifadə verməyin neçə ağır olduğunu ona xatırladıblar.

Sevda Süleymanova əri Qüvvət Süleymanovun həbsinə, Elmdar İsmayılov isə özünün və atasının döyülməsinə görə Eldar Mahmudovdan və keçmiş MTN-dən şikayətçidirlər.

Adıçəkilən şəxslərin sözlərinə görə, onlar əsəblərini cilovlaya bilməyib Eldar Mahmudovu təhqir ediblər: “Biz sabiq milli təhlükəsizlik nazirindən şikayətçiyik. Və elə bu səbəbdən də bu gün Eldar Mahmudova bir-iki kəlmə söz demək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin qarşısına getdik. O, ifadə verib çıxdığı vaxt küçədə qarşılaşdıq. Eldar Mahmudovu görüb dedik ki, izahat vermək asandırmı? Keyf etdinmi? Necədir? Başını aşağı salıb mühafizəçisi və sürücüsü ilə 90 KU 868 nömrəli BMW markalı qara avtomobilə minib getdi. Yəni bu zaman özü, həmçinin onu BMV markalı 90 KU 868 nömrəli avtomobillə müşayət edən sürücüsü və mühafizəçisi reaksiya verməyib. Eldar Mahmudov bundan sonra nə qədər yaşayacağını bilmirik. Lakin o, nə yaşadığı illərdə, nə də bundan sonra belə bir epizod görməyib. Əminik ki, bu epizod onun həyatında silinməz iz buraxacaq”.

Məlumat üçün bildirək ki, Sevda Süleymanova həyat yoldaşı Qüvvətəli Süleymanovun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunduğunu qeyd edib. Onun sözlərinə görə, sifarişin məqsədi yoldaşının  “AFİNA” MMC və “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.

Digər şikayətçi Yasamal rayon sakini Elmdar İsmayilov və onun ailəsi də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlılarının qurbanına çevrilib. Belə ki, o, iddia edir ki, ailəsi 3 ildir ki, çarəsiz durumda qalıb.

Gununsesi.info





loading...