Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

16 Yanvar 2018

15 Dekabr 2017 - 17:36

Eldar Mahmudov yenə istintaqa çağırıldı- O, OĞLUNUN BİZNESİ VƏ ÖLKƏDƏN ÇIXARILAN 1 MİLYARD DOLLARA GÖRƏ DİNDİRİLİB

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verib.

Gununsesi.info “azolitika”ya istinadən məlumat verir ki, bu dəfə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

“Azadlıq” isə məlumat verib ki, artıq Akif Çovdarov da Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb. Belə ki, Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib. Amma bu günkü istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

E.Mahmudovun bugünkü istintaqdan çıxarkən çəkilmiş fotolarını təqdim edirik:25394261_160823758008123_541458373_n25395134_160823761341456_998978608_n25437268_160823754674790_2126169805_n

Gununsesi.info