Eldar Mahmudovun əmisi oğlunun təqsirləndirildiyi maddələr bilindi

  • By admin
  • 04 Noyabr 2017 20:26

Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, dünən ləğv edilmiş MTN-in əməkdaşları barəsində başlanmış cinayət işi üzrə aparılan operativ-istintaq tədbirləri nəticəsində MTN-in keçmiş başçısı Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov həbs edilib. 

Əldə etdiyimiz məlumata görə, Vüqar Mahmudova qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (Vəzifə saxtakarlığı)  və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi qaldırılıb.
Xatırladaq ki, V. Mahmudov Eldar Mahmudovun köməkçisi olmaqla bərabər nazirlikdə əsas söz sahiblərindən olub.
Qeyd edək ki, Vüqar Mahmudov sabiq MTN naziri Eldar Mahmudovun postunu itirdikdən sonra həbs edilən birinci qohumu deyil. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən nazirin digər əmisi oğlu İlham Mahmudov da 2015-ci ildə həbs edilmişdi. Sabiq nazirin qohumu 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilsə də o, təyin edilmiş cəzanı həbsdə yatdığı üçün məhkəmə zalından azadlığa buraxılmışdı.
Gununsesi.info