VİDEO



Müsahibə

Gündəm

Reportaj



Mart 2017
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

XƏBƏR LENTİ

25 Mart 2017

03 Yanvar 2017 - 22:57

Eldar Mahmudovun dəstəsi “Magnit” mağazasının sahibini də “yükləyib”- MTN-NİN DAHA BİR SOYĞUN CİNAYƏTİ

eldar

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə “Maqnit” mağazalar şəbəkəsinin sahibi Seymur Abdullayev zərərçəkmiş şəxs qismində istintaqa ifadə verib.

Gununsesi.info-nun xəbərinə görə, o, dindirilərkən bildirib ki, 2015-ci ilin təxminən mart ayının sonunda mobil telefon nömrəsinə zəng gəlib və zəng edən şəxs özünü MTN-nin şöbə rəisi N.Alıyev kimi təqdim edib: “Məni həmin şəxs nazirliyə dəvət etdi. Əvvəllər MTN-lə heç bir münasibətim olmayıb. Lakin 1992-1994-cü illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Narkomaniya və Narkobiznesə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman oranın rəisi Eldar Mahmudov olduğundan, Akif Çovdarovu və Hilal Əsədovu çox yaxşı tanıyırdım. Təxminən 4-5 gündən sonra Natiq Alıyev mənə yenidən zəng edərək MTN-ə gəlməyimi istədi. Onunla başqa yerdə – MTN-in binasının yanında olan “Sultan” kafesində görüşməyə razılaşdım. O, nazirliyin 4-cü Baş idarəsinin üzərinə ciddi tapşırıqlar qoyulduğunu bildirərk, Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin müəyyən miqdarda MTN-ə pul verməli olduğunu söylədi. Natiq Alıyevin dedikləri ilə razılaşmadım. Lakin sonradan ondan hansı miqdarda pul verilməli olduğu barədə soruşdum”.

S.Abdullayevin sözlərinə görə, N.Alıyev onun 500 min manat məbləğində pul verməli olduğunu deyib: “Həmin məbləğlə razlılaşmadım və ona 50 min manat pul təklif etdim. Bundan sonra Natiq Alıyev mənə hədə-qorxu gələrək qaçaqmalçılıq yolu ilə ölkəyə mal gətirdiyimi, 500 min manat məbləğində pul verməli olduğumu, verməyəcəyim təqdirdə problem yaradacağını, mağazalarımı bağlayacağını söylədi. Bu barədə vaxt istədim. Bir qədər sonra Natiq Alıyevə zəng vurub, 250 min manat verəcəyimi bildiridim. O da buna razı oldu və yenidən “Sultan” kafesində görüşdük. Natiq Alıyev əvvəlcə pulu götürməyərək öz rəisi kimi təqdim etdiyi Fizuli Əliyevi çağırdı, 10 dəqiqədən sonra həmin şəxs də kabinetə daxil oldu. Mən hissə-hissə onlara 250 min manat verdim. Bundan başqa, Fizuli Əliyevlə görüşdüyüm zaman o, mənim ətrafımda müəyyən əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə məlumat verdi. Fizuli Əliyev mənə təqdim etdiyi faktlardan sonra başa düşdüm ki, onlar telefon danşıqlarına qulaq asırlar”.

Zərərçəkmiş ifadəsində qeyd edib ki, hadisədən sonra bir neçə dəfə F.Əliyev ona zəng edərək, aylıq 10-15 min manat istəyib: “Lakin onun təklifi ilə razı olmayaraq, bu barədə telefon vasitəsilə bildirdim”.

İttiham aktında göstərilib ki, digər şahid qismində “Maqnit” mağazalar şəbəkəsinin baş mühasibi Natalya Rəhimova dindirilib. O, ifadəsində “Maqnit” mağazalar şəbəkəsinə 14 mağaza, anbar və mərkəzi ofis daxil olduğunu vurğulayıb: “Mağazalar şəbəkəsi fiziki şəxs Avdiyev İlqar Bayram oğlunun adına sənədləşdirilib və həmin şəxs rəsmi qaydada verdiyi VÖEN-ə əsasən vergi orqanlarında vergi ödəyicisi kimi qeydə alınıb. Şirkətin baş mühasibi kimi mən hər gün şəbəkəyə daxil olub, mağazaların satış nəticəsində əmələ gələn nağd pul vəsaitlərini qəbul etməklə həmin vəsaitləri müvafiq kassa hesablarına daxil etdirirəm. Şirkət İlqar Avdiyevin adına sənədləşdirilməsinə baxmayaraq, mağazalar şəbəkəsinin faktiki sahibi Abdullayev Seymur Azad oğludur”.

N.Rəhimova S.Abdullayevə onun göstərişi əsasında kassadan əvvəl 100 min, daha sonra 150 min manat verdiyini deyib: “Pul alınmasına dair tərəfimdən müvafıq kassa məxaric orderi tərtib edilib. 2015-ci ildə şirkətə məxsus 9 mağaza bağlanıb”.




loading...
Loading...