VİDEO


Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif



Oktyabr 2017
BE ÇA Ç CA C Ş B
« Sen    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

XƏBƏR LENTİ

20 Oktyabr 2017

06 Yanvar 2017 - 10:09

Eldar Mahmudovun həbs olunmamasının şok səbəbi- 5 MİLYARD DOLLARI QAYTARMALIDIR

mtnpul

Azərbaycanın milli təhlükəsizlik nazirliyini cinayətkar yuvasına çevirən, 11 il ərzində vəzifə cinayətləri hesabına  milyardlara sahib olan Eldar Mahmudovun dəstəsi həbsdə olsa da onun azadlıqda qalması ciddi suallara səbəb olub. Təsəvvür edin, adamın tabeçiliyində olan  həbsdəki 20  general və yüksək vəzifəlilər istintaqa ifadələrində onun əleyhinə ifadələr verir və onun həbsi üçün bütün sübutlar toplanır amma bu baş vermir.

Gununsesi.info sabiq MTN rəhbərinin  həbs olunmamasının ilginc səbəblərini araşdırıb.

Qeyd edək ki, cəmiyyətdə Eldar Mahmudovun əlində hakimiyyətə qarşı ciddi kompromatların oldugu və bu səbəbdən onun həbsinə risk olunmaması barədə fikirlər var. Araşdırmamız  ilk olaraq, elə bu iddianı öyrənməkdən başladı. 11 il ölkənin xüsusi xidmət orqanlarına rəhbərlik edən birisinin əlində kompromat olması inandırıcıdır və belə materiallar var. Ancaq Mahmudovun əlindəki kompromotlar hansısa nazirlərdən, deputatlardan, icra başçılarından o tərəfə keçmir. Guya təhdidlərinə görə çöldə qalması fikri isə absurddur.

Eldar Mahmudovun həbs olunmamasının səbəbi isə tamam başqadır. Söhbət Mahmudovlar ailəsinin Azərbaycandan ofşor zonalara və Avropaya çıxardığı 5 milyard dolların hansı formada geri qaytarılmasından gedir. Belə ki, Azərbaycan prezidentinin masasının üzərinə Eldar Mahmudovun  Azərbaycan Beynəlxalq Bankı, Texnikabank, Zaminbank, Muğanbank vasitəsi ilə həmçinin, MTN-nin hazırda həbsdə olan Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sabiq şöbə rəisi, polkovnik Fizuli Əliyevin qardaşı Elşən Əliyevin təşkilatçılığı ilə Dubaya çıxarılan pullarla bağlı sənədlər qoyulub.

eldar-mahmudov-ve-oglu

Bilgili mənbəmizin sözlərinə görə,  Azərbaycan hakimiyyəti Eldar Mahmudovu qandallayıb 10-15 il həbsə yollamazdan öncə  gələcəkdə milli dövlətçiliyimiz üçün təhlükəyə çevrilə biləcək 5 milyardın qaytarılmasına nail olmaq istəyir.

Hətta Eldar Mahmudovun özüylə bu barədə davamlı söhbətlər aparılıb. Məlumata görə sabiq nazir iddia olunan məbləğin şişirdildiyini deyərək, qaytaracaqlarının müqabilində qudası Cahangir Hacıyevin azadlığa çıxması, övladlarının Azərbaycana sərbəst gəlib-getmələrinə qarantiya istəyib.

Proses davam edir.

Elmar Elnuroğlu




loading...
Loading...