Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

19 Noyabr 2017
18 Noyabr 2017

10 Noyabr 2017 - 17:06

Eldar Mahmudovun həbsinə hazırlıq gedir- MTN ŞEFİNİN İSTİNTAQA ÇAĞIRILMASI YENİ SİTUASİYADAN XƏBƏR VERİR

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun son bir həftə ərzində iki dəfə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə istintaqa çağırılması cəmiyyətdə ciddi rezonansa səbəb olub.

Belə ki, artıq bir çoxları keçmiş MTN şefinin istintaqa çağırılmasını onun həbsinə hazırlıq prosesi kimi dəyərləndirir. Odur ki, məhz bu mözvu ilə bağlı yaranmış suallara aydınlıq gətirməsi üçün siyasi icmalçı Azər Rəşidoğluna müraciət etdik.

Azər Rəşidoğlu Gununsesi.info-ya açıqlamasında sabiq MTN şefi Eldar Mahmudovun həbsinə hazırlıq getdiyini bildirib: “Eldar Mahmudov həbs olunacaq və mən bu qənaətdəyəm. Keçmiş milli təhlükəsizlik nazirinin həbsi və məhkəmə prosesi onun həbsinə yol açan məsələlərə aydınlıq gətirə biləcəkmi, bax, bu əsas məsələdir. Artıq bununla bağlı öz facebook səhifəmdə qeyd etmişəm”.

Hüquqşünas Ələsgər Məmmədli isə Gununsesi.info-ya açıqlamasında  Eldar Mahmudovun həbsini real hesab etmədiyini vurğulayıb. O bildirib ki, sabiq milli təhlükəsizlik nazirinin həbsi onun işdən çıxarıldığı ilk 4-5 ay ərzində baş verə bilərdi: “Lakin prosesdən bir neçə il keçdikdən sonra Eldar Mahmudovun həbsi bir o qədər real görünmür. Çünki “MTN işi” ilə bağlı xeyli şəxsin istintaqa cəlb olunaraq , barələrində məhkəmə istintaqının yekunlaşdığını nəzərə alsaq, bu, qeyri-real görünür. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir”.

Son günlərdə Eldar Mahmudovun iki dəfə istintaqa cəlb olunaraq ifadə alınmasına gəldikdə isə Ələsgər Məmmədli hesab edir ki, bir şəxs barəsində açılan cinayət işi ilə bağlı bir neçə dəfə istintaqa ifadə vermək üçün çağırıla bilər və bu təbii haldır: “Onun istintaqa bir neçə dəfə çağrılması Eldar Mahmudovun həbs edilməsi demək deyil. Bu barədə proqnoz vermək çətindir. Çünki bu cür məsələlər təkcə hüquqi  müstəvidə deyil, eyni zamanda siyasi müstəvidə də həllini tapdıqdan sonra qəti qərar verilir. Ona görə ki, Eldar Mahmudov ölkədə əhəmiyyətli bir posta rəhbərlik edib və orada baş verənlərə görə məsuliyyət daşıyıb. Əgər bu şəxs zamanında həbs edilməyibsə, indi onun istintaqa dəvət edilməsi başqa proseslərdən xəbər verir”.

Hüquqşünasın fikrincə, Eldar Mahmudovun istintaqa çağırılması yeni situasiyanın yaranmasından xəbər verir: “Bununla ya ona xəbərdarlıq edilir, yaxud hansısa proseslərə hazırlıq gedir və bu da ona yönəlik bir mesajdır”.

Mürtəza

Gununsesi.info





loading...