Elektriklə işləyən avtomobillərin idxalı gündəmdə - DEPUTAT AZƏRBAYCANDA ONUN İSTEHSALINI TƏKLİF EDİR

  • By admin
  • 18 Noyabr 2017 13:40
Azərbaycana idxal edilən “Aİ-95” premiumun bir litrinin qiymətinin 1,25 AZN və “Ai-98” super markalı benzinin qiymətininin  bir litrinin qiymətinin 1,50 AZN-ə qalxması insanları alternativlər barədə düşünməyə vadar edir. Artıq  avtomobil yanacağının mütəmadi artımı elktriklə işləyən avtomobilləri gündəmə gətirib.  Hansı ki, bu gün dünya ölkələri, xüsusən də inkişaf etmiş ölkələr   elktriklə işləyən  avtomobillərə üstünlük verməkdədir.
Məsələ ilə bağlı iqtisadçı ekspert  Samir Əliyev Gununsesi.info-ya açıqlamasında deyib ki,  yanacaq istehlakının  və  buna uyğun olaraq da  qiymətlərin artması insanları alternativlərə vadar edir:
“Bu da ondan ibartədir ki, ölkədə  yancaqla işləyən avtomobillərlə yanaşı elktromobillərin də istifadəsinə imkanlar yaradılmalıdır.  Hökumət bunun üzərində ciddi düşünməli və  konkret addımlar atmalıdır”.
Ekspert hesab edir ki, ölkədə elktromobillərə üstünlük verilməsinin bir sıra üstün cəhəti var. “Ölkədə avtomobillərin sayı artdıqca yanacağa olan tələbat da artacaq. Bu isə öz növbəsində ekologiyanın daha da çirklənməsinə, xüsusən də avtomobillərin daha çox cəmləşdiyi Bakıda ekoloji fəlakət ehtimalını artıracaq. Elktromobildən istifadə isə ekoloji təmizliyin qorunması baxımından önəmli olduğundan. bu nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir. Yəni hökumət qənaətli və azlitrajlı maşınların, xüsusən də alternativ yanacaqla işləyən (hibrid, elektromobil) avtomobillərin idxalı stimullaşdırmalıdır. Bildiyniz kimi son illərədə dünyada elektromobillərin istehsalına diqqət artıb. Enerji asılılığını azaltmaq və ekologiyanın çirklənməsinin qarşısını almaq siyasəti hökumətləri alternativ nəqliyyat vasitələrinə üz tutmağa vadar edib. Bir çox ölkələrdə elektromobillərin istehsalını və alışını stimullaşdırmaq üçün müxtəlif səviyyəli proqramlar qəbul edilib”- deyə, ekspert vurğulayıb.
Ekspert bildirib ki, Azərbaycanda elektromobil bazarının inkişafı üçün dövlətin üzərinə çox böyük yük düşür. “Artıq bir sıra Avropa ölkələrində elektromobillə ənənəvi avtomobillərin qiymətləri arasındakı fərqi dövlət kompensasiya şəklində ödəyir. Elektromobillərin satışını stimulladırmağın bir yolu da vergi güzəştidir. Britaniya, Fransa, İspaniyada və digər ölkələrdə elektromobil sahiblərinə vergi güzəştləri tətbiq edilir. Almaniyada elektromobil sahibləri nəqliyyat vergisindən azaddır və alışda xüsusi güzəştlərə malikdirlər. Hətta Norveç kimi neft istehsal edən ölkə də elektromobil idxalına diqqət yetirir. Rusiyada elektromobil üzrə idxal rüsumları 0 dərəcəyə endirilib. ABŞ elektromobillərin sayına görə dünya lideridir. Dünyada satılan hər ikinci elektromobil bu ölkənin payına düşür. Yaponiya 2020-ci ilə kimi elektromobillərin payını 20%-ə çatdırmağı planlaşdırır”- ekspert qeyd edib.
O əlavə edib ki, ümumilikdə götürdükdə 2025-ci ilə kimi avtomobil parkının ABŞ-da 6-10%-nin, Qərbi Avropada 6-10%-nin, Yaponiyada 25%-nin, Çində 11-15%-nin, Hindistanda 6-10%-nin, Braziliyada 6-10%-nin, Rusiyada 1-5%-nin yeni nəqliyyat vasitəsi ilə əvəzlənməsi nəzərdə tutulub.
“Elektromobillərin satışının stimullaşdırılmasının şərtlərindən biri də “yanacaqdoldurma” məntəqələrinin olmasıdır. ABŞ-da 21000, Britaniya və Almaniyada 3000, Fransada 2000, Yaponiyada 5000, Niderlandda 4000, Rusiyada 200-ə yaxın, Estoniyada 200 enerjidoldurma stansiyaları fəaliyyət göstərir”- o, bilidirib.
Elektromobillərin üstünlüklərindəndanışan ekspert bildirib ki, bu avtomobillərin 100 km məsafəyə enerji sərfiyyatı 1-2 avro təşkil edir. Ekologiyanı çirkləndirmir, səssiz işləyir və sair. “Təbii ki çatışmazlıqları da mövcuddur. Ancaq yeni mexanim getdikcə təkmilləşşdirilir və çatımazlıqlar aradan qaldırılır”- deyə, S.Əliyev vurğulayıb.
 O deyib ki, xarici ölkələrin təcrübələrinin diqqətə çatdırmaqda məqsəd bu təşəbbüslərin nə qədər vacib və faydalı olduğunu qeyd etməkdir: “Azərbaycan hökumət elektromobil idxalını stimullaşdırmaq üçün xüsusi dövlət proqramı qəbul etməlidir. Proqram ölkəyə elektromobil gətirilməsini stimullaşdırmaqla yanaşı enerjidoldurma stansiyaları infrastrukturunun yaradılmasını nəzərdə tutmalıdır. Xüsusilə də paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə belə proqramın qəbulu çox zəruridir. Bu, həm də vətəndaşlarımızın sağlamlığı üçün vacibdir. Ölkənin maliyyə potensialı bu ideyanı realladırmağa imkan verir. Məncə, bu barədə düşünməyə dəyər.
Millət vəkili Qüdrət Həsənquliyev bununla bağlı Gununsesi.info-ya açıqlamasında deyib ki, məsələ ilə bağlı  bu günlərdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı hökumətə öz təkliflərimi verdim və Azərbaycanda  elktromobillərə  geniş imkanlar açılmasını təklif etdim: “Bildirdim ki, Azərbaycan da  müasir dövrün çağırışlarına uyğun olaraq öz avtomobil istehsalını indidən qursun. Əgər biz zamanında brend markalı avtomobil şirkətləri ilə bu işə başlayıb, elektriklə işləyən  avtomobillərin istehsalına başlasaq dünya bazarında yerimizi tuta bilərk.Gəlin etiraf edək ki, indi nə qədər keyfiyyətli maşın istehsal etməyə cəhd etsək  belə, bu lazımi effekti verməyəcək. Ona görə ki, artıq bazarlar tutulub. Amma gələcəyə ünvanlanmış düşünülmüş addımlar atsaq, bu öz bəhrəsini verə bilər”.
Q. Həsənquliyev deyib ki,  bu gün Naxçıvanda  Çin markası olan “Lifan” isthsal olunur: “Ancaq bu Çin markası olduğundan camaatın bu tələbatı elə də böyük deyil.  Baxmayaraq ki, bu maşınlar xarici görkəminə görə kifayət qədər göz oxşayır. Naxçıvanda  və Azərbaycandan ondan daha çox taksi kimi istifadə edirlər. Mən taksi sürücülərindən soruşmuşam, keyfiyyətindən ağız dolusu danışıblar. Lakin Azərbaycan insanı bu maşınları almır. Maşın istehsalı üzrə tanınmış brend şirkətlər var. Yaponiya, Cənubi Koreya, ABŞ, Almaniya şirkətlərinin mallarına daha çox üstünlük veririk”.
Millət vəkili əlavə edib ki, müasir dövrdə insanların avtomobillərə baxış fəlsəfəsində də yeniliklər ortaya çıxamqdadır. “Dünya tədricən, karbohidrogen yanacaqlı maşınlardan imtina edib elektirik mühərrikli avtomobillərə keçməyə başlayıb. İnsanlar  artıq  elektrik enerjisi ilə çalışan avtomobillərə üstünlük verməkdədir. Məhz bunun nəticəsidir ki, son illərdə elektriklə işləyən avtomobillərə təlabat artdığından, bu qəbildən olan maşınların istehsalı sürtələ artmaqdadır.  Mütəxəssislərin hesablamasına görə,  hazır da  dünyada 2 milyondan artıq belə avtomobil var, lakin 2040-ci ilə qədər bu rəqəm 900 milyona çatacaq. Dünyanın bütün brend markaları artıq yeni, elektriklə hərəkət edən maşın istehsalına keçməyə çalışırlar. Belə bir vəziyyətdə Neftçalada 3-cü bir avtomobil zavodu açmağın mənası nədir? O müəssisəyə ayrılan vəsait küçəyə atılan puldur və batıb gedəcək. Onun əvəzinə elektriklə işləyən avtomobil zavodu tiksəydilər, daha perspektivli olardı. Baxmayaraq ki, buna da ehtiyac yoxdur. Eyni müəssisəni Naxçıvandakı zavodun bazasında da yaratmaq olar”- deyə, millət vəkili  bildirib.
Mürtəza
Gununsesi.info