Elektron imzaların tanınması üçün müxtəlif ölkələrlə danışıqlar aparılır

  • By admin
  • 21 Oktyabr 2017 18:00

elektron_imza_110417_02

Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi elektron imzanın qarşılıqlı tanınması üçün Türkiyə, İran, Qətər və Ukraynanın müvafiq strukturları ilə danışıqlar aparır.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin Elektron-hesablama mərkəzindən məlumat verilib.

Məlumatda o da qeyd olunur ki, Avropa İttifaqının dəstəyi ilə ölkədə elektron xidmətlərin və elektron kommersiyanın inkişafı üzrə işlər aparılır. Bu layihə çərçivəsində eIDAS, e-kommersiya və e-hökumət sahələrində standartlar hazırlanır.

Gununsesi.info