Elektron xidmət növlərinin sayı artırılır - YENİ SİYAHI

  • By admin
  • 24 Oktyabr 2017 09:00

elektron_hokumet_050216

Azərbaycanda elektron xidmət növlərinin siyahısında dəyişikliklər edilib.

Gununsesi.info xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarında məqsəd Azərbaycan Prezidentinin 2016-cı il 27 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinin icrasını təmin etməkdir.

Yeni qərarla “Elektron xidmət növlərinin Siyahısı”na aşağıdakı məzmunda bəndlər əlavə edilir:

– Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması;
– Notariat hərəkətləri, apostilin verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə əlaqədar ödənişlərin internet vasitəsilə ödənilməsi;
– Məhkəmə rüsumlarının internet vasitəsilə ödənilməsi;
– İqtisadi mübahisələr üzrə elektron imza ilə təsdiq edilmiş iddia ərizələrinin və digər sənədlərin verilməsi və alınması;
– İqtisadi mübahisələr üzrə işlərdə iştirak edən şəxslərə həmin məhkəmə işləri üzrə məhkəmə baxışının gedişatı barədə məlumatın verilməsi;
– Əmr icraatı üzrə elektron imza ilə təsdiq edilmiş ərizələrin və digər sənədlərin verilməsi və alınması;
– Fiziki və hüquqi şəxslər tərəfindən zooloji kolleksiyaların yaradılması və zənginləşdirilməsi ilə əlaqədar icazənin verilməsi;
– Ovçuluq biletinin verilməsi;
– Torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair rəyin verilməsi;
– Azərbaycan Respublikası Milli arxiv fondunun məzmunu və tərkibi haqqında məlumatların verilməsi.

Gununsesi.info