Elmar Vəliyevin göz muncuğu -FOTOLAR

  • By admin
  • 12 Yanvar 2017 11:37

elm-ev

Vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “gözə” gələcəyindən narahat olub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında “göz muncuğu” asdırıb.

E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar.

Çünki  onun  yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil.

Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.

P.S.Bununla bağlı geniş araşdırmamızı yaxın günlərdə oxuya biləcəksiniz.

elm-ev2

elmar

Gununsesi.info