Elşən Mustafaoğlu şikayətini geri götürdü

  • By admin
  • 20 Oktyabr 2017 16:24

Elsen

İlahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sektor müdiri işləmiş Elşən Mustafaoğlu barəsindəki qərardan verilən kassasiya şikayətini geri götürüb.

Bu barədə Gununsesi.info-ya E. Mustafaoğlunun vəkili Əfqan Məmmədov məlumat verib. Vəkil bildirib ki, E. Mustafaoğlunun Ali Məhkəməyə verdiyi şikayəti geri götürməsinə səbəb şikayətdə bəzi detalların dəqiqləşdirilməsi olub. Vəkil yenidən şikayətin verilməsini istisna etməyib.

Qeyd edək ki, E. Mustafaoğlu barəsində bəraət hökmünün çıxarılması üçün Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Mustafaoğlu 10 il müddətinə azadlıqdan məhrum edilib.

Gununsesi.info