“Emin Baxşiyevin İsveçrədən sığınacaq istəməsindən xəbərsizəm” - HİKMƏT HACIYEV

  • By admin
  • 20 Fevral 2017 15:55

 

SURUCU

“Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyevin ona  siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət etməsindən xəbərsizəm”.

Bu haqda Gununsesi.info-ya XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında belə deyib. H.Hacızadə bildirib ki, məsələ tam araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanın İsveçrədəki səfirliyinin sürücüsü Emin Baxşiyev sosial şəbəkədəki səhifəsində ona siyasi sığınacaq verilməsi xahişi ilə bu ölkənin hökumətinə müraciət etməsi haqda status yazıb.

E.Baxşiyev işdən çıxarılması haqqında da ərizə yazdıöı ba qeyd edib.  O bunu  Azərbaycan  hökumətinin hərəkətləri ilə razılaşmaması və onun ailə üzvlərinə qarşı  təzyiq göstərilməsini səbəb kimi göstərib..

Qeyd edək ki, E.Baxşiyev 2010-2013 illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində işləyib. 2013-cü ildə isə o,  hazırkı  vəzifəsinə təyin olunub.

Xatırladaq ki, 2016-cı ildə  Azərbaycanın Avropadakı diplomatik  korpuslarında çalışan diplomatlarının da  Avropa ölkələrindən və Avstraliyadan  onlara siyasi sığınacaq verilməsi üçün etdikləri  müraciətlə  əlaqədar qalmaqal baş vermişdi.

Gülnaz Qənbərli

Gununsesi.info