Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

21 Fevral 2018

18 Yanvar 2018 - 12:36

Erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır- MÜDAFİƏ NAZİRLİYİ

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçinin Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralanması barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Azərbaycan tərəfindən açılan atəş nəticəsində dövlət sərhədində erməni hərbçinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat tamamilə yanlışdır:

“Azərbaycan Ordusunun bölmələri atəşkəs rejiminə tam riayət edir. Ermənistan ordusunda hökm sürən özbaşınalıq və nizam-intizamsızlıq nəticəsində baş vermiş bu hadisə erməni ictimaiyyətindən gizlədilməsi məqsədilə məhz bu formada təqdim edilir. Bu, ilk hadisə deyil ki, Ermənistanın hərbi rəhbərliyi ordularındakı qeyri-döyüş itkilərini Azərbaycan tərəfinin üzərinə atmağa cəhd göstərir. Lakin obyektiv araşdırma aparılarsa, güllənin hansı erməni əsgərin silahından açıldığı Ermənistan ictimaiyyətinə tam aydın olar”.

Qeyd edək ki, Ermənistan saytları erməni hərbçi 1987-ci il təvəllüdlü Adibek Mikoyanın Azərbaycan tərəfindən açılan atəş nəticəsində yaralandığı barədə məlumat yayıb.

Gununsesi.info