XƏBƏR LENTİ

18 Fevral 2018
17 Fevral 2018

19 Yanvar 2018 - 19:30

Ermənistanın dövlət borcu kəskin artıb- 6 MİLYARD 775 MİLYON DOLLAR

Ermənistanın dövlət borcu ötən il ərzində kəskin artıb və 2017-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib.

Gununsesi.info xəbər verir ki, borcun böyük hissəsi – 6 milyard 173,1 milyon dollar Ermənistan hökumətinin borcudur.

Bu məbləğdən 4 milyard 893,4 milyon dollarını xarici borc təşkil edir.

Qeyd edək ki, 2016-cı il dekabrın 31-dək olan vəziyyətə görə, Ermənistanın dövlət borcu 5 milyard 942,1 milyon dollar təşkil edirdi. Bir il ərzində dövlət borcu 832,5 milyon dollar artıb.

Faktiki olaraq, Karen Karapetyan hökuməti də əvvəlkilərdən fərqlənmir. Bir çox məsələlərin həlli üçün yeni hökumət kreditlər götürməkdə davam edir və bu borcların yükü Ermənistan vətəndaşlarının üzərinə düşür.

Gununsesi.info