XƏBƏR LENTİ

15 Dekabr 2017

21 Noyabr 2017 - 21:26

Ermənistanın keçmiş baş naziri cərimələndi


Ermənistanın Vergilər Xidməti keçmiş baş nazir Ovik Abramyanı 290 min dollar məbləğində cərimələyib.

Report xəbər verir ki, o, məsələ ilə bağlı hazırkı baş nzir Karen Karapetyana müraciət edərək cərimənin 6 188 dollaradək azaldılmasını şəxsən xahiş edib.

Bundan xəbər tutan Ermənistan prezidenti Serj Sarqsyan təkrar yoxlama keçirilməsini tapşırıb. Bu yoxlamadan sonra cərimənin həcmi 330 min dollar olub.

Ovik Abramyana məxsus təbii qazdoldurma məntəqələri var. Ermənistan Vergilər Xidməti həmin məntəqələrdə yoxlama aparan zaman çoxsaylı pozuntular aşkarlayıb və bu səbəbdən onu cərimələyib.

Gununsesi.info