Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

XƏBƏR LENTİ

12 Dekabr 2017

11 Yanvar 2017 - 12:20

Ermənistanla Azərbaycan arasında qarşıdruma yaranarsa Moskva İrəvanı dəstəkləməyəcək- POLİTOLOQ
vadim
İrəvan anlamalıdır ki, Moskva Azərbaycanla qarşıdurmada Ermənistana  yardım etməyəcək.
Gununsesi.info xəbər verir ki, bunu rusiyalı politoloq Vadim Dubnov erməni mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, əgər Ermənistanla Azərbaycan arasında qarşıdruma yaranarsa, Moskva İrəvanı dəstəkləməyəcək: “Bu dəstək mümkün deyil. Dəstək bir halda ola bilər ki, Rusiya-Azərbaycandakı əlaqələrdə kəskinləşmə olsun və yaxud təsadüfən  təyyarə vursun. Anacaq bu da olmayacaq”.
Politoloq hesab edir ki, ona görə də İrəvan Moskava hər zaman onlara dəstək verəcək kimi illüziyalara uymasın: “Odur ki, mənim İrəvana hansısa məsləhət  verməm düz olmazdı. Ona görə də İrəvan illüziyadan uzaq olub reallıqla hesablaşmalıdır. Çünki artıq İrəvan  aprel hadisələrindən fərqli olaraq  cəbhə xəttində son hadisələrdə Moskvanın daha az dəstəyini gördü və bundan nəticə çıxarmalıdır”.
Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının(KTMT) Baş katibi Nikolay Bardyujanın  yerinə Ermənistanın mümayəndəsinin təyin edilməməsinə toxunan politoloq deyib ki, Moskva sadəcə Ermənistanın nümayəndəsini bu posta təyin etmək istəmədi və bu da aydındır: “Yəqin ki, Moskva  nə isə fikirləşir. Düzdür bir çoxları hesab edir ki,  Belarus lideri Aleksandr Lukaşenko bu məsələyə mane olub, nacaq burada müəyyən yanlışlıq var. Sadəcə Lukaşenkonun tədbirdə iştirak etməməsində istifadə edərək Moskva  onu bəhanə gətirdi. İrəvan KTMT-ki vəziyyəti yaxşı bilir, Moskvadan incisələr də susur”.
Gununsesi.info




loading...