Ermənilər Ağdamı yandırır

  • By admin
  • 22 Sentyabr 2017 19:40

7317
Ermənistan ordusu işğal etdiyi Azərbaycan torpaqlarında yenidən yanğınlar törətməyə başlayıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, erməni hərbçilər Ağdamın işğal altında olan Güllücə kəndinin ərazilərinə od vurub. Eyni vaxtda rayonun dağ massivində və Novruzlu kəndinin ərazisində də yanğın müşahidə olunub.

 

Gununsesi.info