Ermənistanda banka basqın olub

  • By admin
  • 19 Fevral 2018 21:22

Ermənistanın paytaxtı Yerevanda VTB-nin filialına soyğunçuluq məqsədilə hücum edilib.

Gununsesi.info xəbər verir ki, 2 nəfər maskalı şəxs tapança ilə banka daxil olub. Qeyri-rəsmi məlumata əsasən onlar bankdan 7 milyon dram (təxminən 15 min dollar) götürüblər.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

Gununsesi.info