“Eurovision-2018” mahnı müsabiqəsinin tarixi və keçiriləcəyi şəhər bəlli olub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə Portuqaliyanın ev sahibliyi etdiyi müsabiqə Lissabon şəhərində baş tutacaq.
“Eurovision 2018”in yarımfinalı 8 və 10 mayda, finalı isə 12 mayda olacaq.
Qeyd edək ki, 2017-ci ilin mayın 13-də Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin qalibi Salvador Sobral olub.
Gununsesi.info