Evə qarət məqsədi ilə girən şəxslər ev sahibini döyüb

  • By admin
  • 23 Avqust 2017 13:50

bakida-magazalari-qaret-eden-ogru-tutulub

Bakı şəhər sakininin evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən şəxs tutulub.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də rayon ərazisində yaşayan Bakı şəhər sakini Səbuhə Abdullayevanın evinə girib onu döyərək bıçaqla hədələyib 500 manat pulunu almaqda şübhəli bilinən ev sahibəsinin tanışı – paytaxt sakini, əvvəllər məhkum olunmuş Təbriz İbrahimli tutulub.

Anar

Gununsesi.info