Evə qarət məqsədi ilə girən şəxslər ev sahibini döyüb

  • By admin
  • 22 Avqust 2017 14:28

bakida-magazalari-qaret-eden-ogru-tutulub

Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə qarət məqsədi ilə gəlməkdə şübhəli bilinən şəxslər tutulublar.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, avqustun 18-də Binəqədi qəsəbəsi 2-ci mədən ərazisindəki evlərdən birinə gəlmiş 2 naməlum şəxs ev sahibini döyüb pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiklərinə nail ola bilməyib hadisə yerini tərk ediblər.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri Rasim Quliyev və Vüsal Abdullayev tutulublar.

Anar

Gununsesi.info