Evdən gedən baldız və gəlin tapıldı

  • By admin
  • 19 İyul 2017 22:36

70456cb0d94f4975b5bec22a35a5418cjpgjpeg
İyulun 8-də Qaxda evdən çıxıb geri qayıtmayan 1984-cü il təvəllüdlü Yeganə Oruc qızı Sultanova və 1985-ci il təvəllüdlü Aynur Əsgər qızı İsmayılova tapılıb.

Evdəkilərə heç bir məlumat vermədən uşaqları ilə birlikdə qaçan Aynurla Yeganə gəlin-baldız olub. Onların axtarışı nəticə verib.

Gununsesi.info xəbər verir ki, Qax RPŞ-dən Publika.az-a verilən məlumata görə, onlar Bakıda tapılıb və ailələrinə təhvil verilib.

Kənd sakinləri bildirib ki, bu müddət ərzində onlar Aynur İsmayılovanın bacısının evində qalıblar.

Gununsesi.info