Evlilik proqramında böyük QALMAQAL

  • By admin
  • 14 Avqust 2017 15:06

10

İngiltərənin “E4” kanalında yayımlanan “Do not Tell The Bride” evlilik proqramında böyük qalmaqal yaşanıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda “E4” kanalında yayımlanan “Do not Tell The Bride” evlilik proqramı izləyicilər tərəfindən böyük maraqla qarşılanır və izlənmə rekordları qırır.

Xəbərə görə, sonuncu dəfə “Do not Tell The Bride” evlilik proqramına gələn bəy namizədlərdən birinin mətbuata verdiyi açıqlama İngiltərədə böyük əks-sədaya səbəb olub.

Belə ki, adı açıqlanmayan şəxs bildirib ki, hər şey əvvəlcədən razılaşdırılıb: “Burada hər kəs üzərinə düşən rolu oynayır. “Do not Tell The Bride” evlilik proqramına gələn namizədlərin heç biri rəsmi olaraq evlənmirlər”.

Anar

Gununsesi.info