Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

16 Yanvar 2018 - 08:45

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib.

Məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

Bundan əvvəl Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib. 1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişi) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir.

Gununsesi.info