Fətullah Gülənin çevrilişə çağırış mesajı ortaya çıxdı

  • By admin
  • 29 Aprel 2017 11:36

Gulen

 

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin 2014-cü ildə şifrəli xəbərləşmə proqrami olan “ByLock”dan göndərdiyi mesaj ortaya çıxıb.

Kocaeli Ədalət Komissiyasının rəhbəri Muhiddin Paça adı açıqlanmayan bir şəxsin öz ifadəsində Fətullah Gülənin 2014-cü ildə şifrəli proqramla bir ismarıc göndərdiyini bildirib. Gülənin mesajında “Allah bu millətin ordusuna daha bir böyük fateh nəsib edəcək. Bu da şanslı türk əsgərləri olacaq” ifadələri öz əksini tapıb. Adı açıqlanmayan şəxs həmin mesajın çevrilişə çağırış olduğunu 15 iyuldan sonra başa düşdüyünü dilə gətirib.

 

Gununsesi.info