“Faytonçu” Nazim əsəbiləşib jurnalistlə dalaşdı - O, TAHİRƏ MƏMMƏDQIZININ ÜSTÜNƏ HÜCUM ÇƏKİB - FOTO+VİDEO

  • By admin
  • 22 Sentyabr 2017 14:00

nazim_faytoncu_003

ARB TV-nin “Səhər-Səhər” verilişində qalmaqal yaşanıb.

Gununsesi.info xəbər verir ki, proqrama qonaq qismində qatılan “Faytonçu” ləqəbli müğənni Nazim Pişyari və jurnalist Tahirə Məmmədqızı arasında dava düşüb.

Nazim onu səhv əməliyyat edən və səhhətində ciddi problemlər yaranmasına səbəb olan həkimdən danışıb. Tahirənin həkimi müdafiə etməsi müğənnini qıcıqlandırıb. Nazim əsəbiləşərək jurnalistin üstünə hücum çəkib. Daha sonra Elgiz və digər qonaqlar tərəfləri sakitləşdirməyə çalışıb.

N.Pişyari Tahirəyə bunları deyib: “Jurnalistsən, get öz media qurumunda yaz, burada nə işin var? Elman Əzimovun niyə tərəfini tutursan? Onun səhvi yoxdursa, niyə 3 dəfə əməliyyat olundum? Elmanın üzündən 12 saat narkoz qəbul etdim. Kaş mənim günümə sənin əzizlərin düşsün. Onda məni başa düşərsən”.

134146_ppcw4sjq3f

 

Gununsesi.info