Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Yanvar 2018
BE ÇA Ç CA C Ş B
« Dek    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

XƏBƏR LENTİ

17 Yanvar 2018

11 Yanvar 2018 - 09:46

Fazil Məmmədov həbs olunacaq- BUNUN ÜÇÜN HÜQUQİ BAZA FORMALAŞIR (İDDİA)

Sabiq vergilər naziri Fazil Məmmədovun həbsi üçün hüquqi baza formalaşır.

Gununsesi.info xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” qəzeti yayıb. Xəbərdə bildirilir ki, 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsi bu istiqamətdə növbəti addımdır.

Qəzet yazır: “Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar,  dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib.

Fazil Məmmədov vəzifədən çıxarıldıqdan dərhal sonra bu qurumun əməkdaşlarına qarşı məhkəmədə iddia qaldırılması onu göstərir ki, şirkət rəhbərləri illər ərzində zülmə məruz qalıblar və hüquqlarının bərpasına çalışırlar.

Faktiki olaraq proseslərin Fazil Məmmədovun qandallanmasına doğru irəlilədiyi göz önündədir”.

Gununsesi.info